Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İldırım paytaxtın bu qəsəbəsini susuz qoydu

CC0 / werdepate / stormŞəkidə ildırım. Arxiv şəkli
Şəkidə ildırım. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah Badamdar qəsəbəsində günün birinci yarısı içməli su olmayacaq

BAKI, 13 iyun — Sputnik. "Sabah Badamdar qəsəbəsində günün birinci yarısı içməli su olmayacaq".

Bu barədə "Report"a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, fasiləyə səbəb nasosxananı ildırım vurmasıdır: "Badamdar qəsəbəsində içməli su ilə təmin edən nasosxananın elektrik təchizatı sistemini ildırım vurduğundan qəsəbənin içməli su təchizatında iyunun 14-də saat 15:00-dək fasilə olacaq. Hazırda mütəxəssislərimiz hadisə yerində qəzanın nəticələrinin aradan qaldırılması üçün çalışırlar".

Xəbər lenti
0