01:18 21 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
İran polisi

İranda terror törədənlərin kimliyi bilindi

© REUTERS / Tasnim News Agency
HADİSƏ
Qısa URL
526 0 0

Rza Seyfullahi: “Tehranda terror hücumlarını İran əsilli şəxslər həyata keçirib”

BAKI, 8 iyun — Sputnik. Tehranda terror hücumlarını İran əsilli şəxslər həyata keçirib. APA-nın verdiyi xəbərə görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Rza Seyfullahi bildirib.

“Hücumu törədənlər əslən İranın müxtəlif bölgələrindən olan və İŞİD terror qruplaşmasına qoşulan şəxslər olub” — Rza Seyfullahi bildirib.

Qeyd edək ki, ötən gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Nəticədə 13 nəfər ölüb, 43 nəfər yaralanıb. Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Əsas mövzular