18:22 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
556302

Deformasiyaya uğrayan avtomobilin içərisində sıxılıb qalan meyitləri yaxınlıqdakı insanlar çıxarıblar

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 7 iyun — Sputnik. Ələt-Astara magistral yolunun Lənkəran rayonu Liman şəhəri ərazisindən keçən hissəsində ağır avtomobil qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, "Mercedes" markalı 10 OR 044 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Güclü zərbə nəticəsində avtomobildə olan iki nəfər — Liman şəhər və Qumbaşı kənd sakinləri Kənan Səfərov və Xalid Səfərov hadisə yerində keçiniblər. Çırpılma nəticəsində deformasiyaya uğrayan avtomobilin içərisində sıxılıb qalan meyitləri yaxınlıqdakı insanlar çıxarıblar.

  • Ələt-Astara magistral yolunda ağır avtomobil qəzası
    Ələt-Astara magistral yolunda ağır avtomobil qəzası
    © Sputnik / Rahim Murad

1 / 4
© Sputnik / Rahim Murad
Ələt-Astara magistral yolunda ağır avtomobil qəzası

Məlumat olaraq bildirək ki, qəza nəticəsində həyatını itirən hər iki gənc 11-ci sinif şagirdləri olub və hər ikisi bir sinifdə oxuyublar. Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

Qubada ağır qəza olub
Ağır qəza nəticəsində 4 nəfər xəsarət aldı
Sərxoş məktəb direktoru qəza törətdi, 2 nəfər yaralandı
Lənkəranda ağır qəza: 7 nəfər ölümdən döndü
Teqlər:
Qəza, Xalid Səfərov, Kənan Səfərov, Liman şəhəri, Qumbaşı kəndi, Lənkəran rayonu

Əsas mövzular