09:58 23 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0440
  • RUB0.0225
HADİSƏ
Qısa URL
757303

Bir kənddə 20-ə yaxın ailə evini tərk edib, daha 25 ailə isə sürüşmə təhlükəsi altında yaşayır

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 6 iyun — Sputnik. Ölkənin əsas magistrallarından biri olan Bakı-Şamaxı-Yevlax yolunda torpaq uçqunları səngimək bilmir. Xüsusilə, yağmurlu havalarda daha da artır.

Hazırda yolun 106, 107 və 109-cu kilometirliklərində uçqunlar davam edir. Yolun sağ və sol kənarlarında torpaq qatı sürüşərək hərəkət istiqamətinə mane olur.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Şamaxının digər ərazilərində də sürüşmələr aktivliyini qoruyur, hətta yeni sürüşmə sahələri meydana gəlir. Yağıntılar nəticəsində Şamaxının Birinci Çaylı kəndində yeni sürüşmə sahəsi əmələ gəlib. Kəndin 40 ərazisinin 40 faizində sürüşmə aktiv fazadadır.

  • Şamaxıda torpaq sürüşməsi
    Şamaxıda torpaq sürüşməsi
    © Sputnik / Ilham Ahmadov
  • Şamaxıda torpaq sürüşməsi
    Şamaxıda torpaq sürüşməsi
    © Sputnik / Ilham Ahmadov
  • Şamaxıda torpaq sürüşməsi
    Şamaxıda torpaq sürüşməsi
    © Sputnik / Ilham Ahmadov
  • Şamaxıda torpaq sürüşməsi
    Şamaxıda torpaq sürüşməsi
    © Sputnik / Ilham Ahmadov
  • Şamaxıda torpaq sürüşməsi
    Şamaxıda torpaq sürüşməsi
    © Sputnik / Ilham Ahmadov
1 / 5
© Sputnik / Ilham Ahmadov
Şamaxıda torpaq sürüşməsi

Bu kənddə 20-ə yaxın ailə evini tərk edib, daha 25 ailə isə sürüşmə təhlükəsi altında yaşayır. Evlərin və yardımçı tikililərin divarlarında iri çatlar əmələ gəlib. Kənddə 3 hissədə davam edən sürüşmə evlərlə yanaşı, əkin sahələrini də yararsız vəziyyətə qoyub. Sakinlərin təsərrüfatına xeyli ziyan dəyib.

Kənd sakinləri cıxılmaz vəziyyətdədirlər. Anbaan evlərdə, həyətyanı sahələrdə, eləcə də yollarda çatlar genişlənir. Qorxunc təbiət hadisəsinin əlində aciz qalan insanlar, prosesin səngiməsini gözləyirlər.

Sürüşmə prosesi rayonun Keçmədin kəndində də müşahidə olunur. Üstəlik, bu kənddə, eni 20–22 metr, hündürlüyü 8–12 metr arasında olan bir sahəni sel yuyub aparıb. Hazırda həmin ərazidə də uçqun davam edir.

Əlaqədar

Bu bölgədə sürüşmə davam edir: insanlar evlərini tərk edirlər
Torpaq sürüşdü, uşaqlar altında qaldı
Bakı-Şamaxı yolunda yeni sürüşmə zonası əmələ gəlib
Aktiv qış istirahəti: Azərbaycan dağlarında xizək və buzda sürüşmə
Bu kənd yenidən sürüşdü
Azərbaycandakı sürüşmə zonaları yenidən fəallaşıb
Teqlər:
torpaq uçqunları, Bakı-Şamaxı-Yevlax avtomobil yolu, Şamaxı, kənd, sürüşmə, sakin, ailə

Əsas mövzular