Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qubada ağır qəza olub

CC0 / blickpixel / Car crushSınmış avtomobil şüşəsi, arxiv şəkli
Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində rayon sakini həyatını itirib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 6 iyun — Sputnik. Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə dünən axşam saatlarında yaşanıb.

Rayon sakini Araz Bədəlov idarə etdiyi "Opel" markalı avtomobili qarşıda gedən həmyerlisi Füzuli Çərkəzovun idarə etdiyi "VAZ-2107" markalı avtomobilə vurub. Nəticədə Çərkəzov ağır xəsarət alıb. O, Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0