Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda qeyri-adi quldurluq faktı baş verib

CC0 / lechenie-narkomanii / Woman handcuffsЖенские руки, закованные в наручники, фото из архива
Женские руки, закованные в наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda soyğuna məruz qalan qadın qulduru tutaraq polisə təhvil verib

BAKI, 5 iyun — Sputnik. Paytaxtın Nizami rayonunda qadına qarşı törədilən quldurluq hadisəsi quldurların özü üçün kədərli sonluqla bitib. Evinin blokunda soyulan qadın, özü soyğunçulardan birini saxlayıb və onu polisə təhvil verib.

Nizami Rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 4-ü saat 20:00-da Rüstəmov küçəsindəki 41 saylı evin girişində, qaralıqdan istifadə edən iki nəfər, işdən qayıdan 1973-cü il təvəllüdlü İsayeva Yeganə Sabir qızına hücum edib. Birinin qız olduğu soyğunçular İsayevanı vuraraq onun, içində 6 manat pul və bank kartı olan pul kisəsini alıblar.

Gənc oğlan İsayevanın pul kisəsi ilə birlikdə qaçaraq aradan çıxıb. Qızı isə zərərçəkmiş şəxs yaxalayaraq polisə təhvil verib. Məlum olub ki, saxlanılan şəxs 1994-cü il təvəllüdlü Şəmkir rayon sakini Kərimova Səidə İlham qızıdır.

Polisdən bildiriblər ki, hazırda Kərimovanın ortağının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür. Saxlanılan şəxs barədə quldurluq faktı üzrə cinayət işi qaldırılıb.

Xəbər lenti
0