Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı çimərliyində pedofillərdən dəhşətli əməl

© Sputnik / Fuad HasanovÇimərlik
Çimərlik - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayətkarlar oğlanların əllərini başlayaraq onlara qarşı seksual xarakterli hərəkətlər ediblər

BAKI, 5 iyun — Sputnik. Bazar günü günün günorta çağı Suraxanı rayonunda seksual xarakterli cinayət baş verib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Нагрудный знак Республиканского центра борьбы со СПИДом - Sputnik Azərbaycan
CƏMİYYƏT
Beş yaşlı qızı zorlayıb AİDS-ə yoluxduranlar kimlərdir?

30 saylı polis bölməsinə, 1987-ci il təvəllüdlü paytaxt sakini B.M. (qadın) müraciət edib. Bildirib ki, onun 12 yaşlı oğlu (istintaq maraqlarına görə, oğlanın adı açıqlanmır) pedofiliyanın qurbanı olub. Azyaşlıya qarşı qrup şəklində zorakılıq baş verib.

Məlum olub ki, 12 yaşlı uşaq, iyunun 4-də saat 13:00 radələrində öz dostu ilə birlikdə Hövsan qəsəbəsindəki çimərliyə gedib. Orada onlara üç nəfər yeniyetmə hücum edib. Yeniyetmələr azyaşlıların əllərini bağlayaraq onları zorlayıblar.

Şikayətçi bildirib ki, cinayətkarlar onun o biri oğlunu da zorlamaq istəyiblər, amma bacarmayıblar. Qadının sözlərinə görə, zorlayan şəxsləri tanıyır və onların adlarını da polisə deyib.

Həmin şəxslər qəsəbə sakinləri — 2002-ci il təvəllüdlü Elxan, onun həmkarı 2001-ci il təvəllüdlü, pozğun həyat tərzi keçirən Vüqar və Sərdardır (etik məsələlərə görə, adlar dəyişdirilib). Polisdən bildiriblər ki, hazırda cinayətin araşdırılması və şübhəli şəxslərin axtarışı ilə bağlı müvafiq tədbirlər görülür.

Xəbər lenti
0