Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Köhnə bazar"da faciəli olay

© Sputnik / Valeriy MelnikovXəstəxana - Hospital
Xəstəxana - Hospital - Sputnik Azərbaycan
Abunə olmaq
Ərəb kənd sakini, 11 yaşlı Rəmzi Fətullayevi avtomobil vurub

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 5 iyun — Sputnik. Masallının "Köhnə bazar" adlanan ərazisində faciəli hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonun Ərəb kənd sakini, 11 yaşlı Rəmzi Fətullayev yolu keçmək istəyərkən onu avtomobil vurub.

Qəza nəticəsində yaralanan Fətullayevi, elə qəza törədən sürücü Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Uşaq müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan əldə etdiyimiz məlumata görə, hazırda yaralının vəziyyəti qənaətbəxşdir. Baş verən qəza ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0