Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Borca görə qolunu kəsib özünü öldürdü

© Photo : PUBLIC DOMAINЛезвие на окровавленной руке, архивное фото
Лезвие на окровавленной руке, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Lütfəli Cabbarov damarını kəsərək intihar edib

BAKI, 5 iyun — Sputnik. Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, Maştağa qəsəbəsində 1967-ci il təvəllüdlü Cabbarov Lütfəli Ağəli oğlu sol qolunu ülgüclə kəsərək canına qəsd edib.

Nəticədə çoxlu qan itirən kişi dünyasını dəyişib.

İntihara səbəb kimi mərhumun xeyli borcunun olması göstərilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

Xəbər lenti
0