Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Londonda silsilə teraktlar baş verib, ölənlər var

© REUTERS / Neil HallЛюди покидают место происшествия на Лондонском мосту
Люди покидают место происшествия на Лондонском мосту - Sputnik Azərbaycan
Abunə olmaq
Londonda üç hücum törədilib, onlardan ikisinin terror aktı olduğu rəsmi təsdiqlənib

BAKI, 4 iyun — Sputnik. Böyük Britaniyanın paytaxtı Londonda naməlum şəxslər tərəfindən üç ayrı-ayrı hücum törədib. İnsidentlər nəticəsində xəsarət alanlar var.  APA-nın verdiyi xəbərə görə, bu barədə Skotland Yardın yüksək vəzifəli nümayəndəsi bildirib.

“Üç müxtəlif insident törədilib, xəsarət alanlar var. Terror fəallığı istisna olunmur. Hadisələr araşdırılır” — deyə mənbə  bildirib.  

Məlumata görə, “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb, nəticədə azı bir nəfər ölüb, 20-dək piyada xəsarət alıb.

Londonun Boro rayonunda bıçaqla silahlanmış naməlum şəxs bazara daxil olaraq oradakı insanlara müxtəlif xəsarətlər yetirib.  “Sun” və “Telegraph” nəşrləri bildirir ki, bıçaqla silahlanmış şəxs bundan əvvəl insident baş verdiyi “London-Bric” körpüsünün yaxınlığında yerləşən “Tito's” restoranına  soxularaq insanlara xəsarətlər yetirməyə başlayıb. “Sun” qəzeti şahidlərə istinadən hücum nəticəsində ölənlərin olduğunu iddia edir.  

Bundan başqa, paytaxtın Voksholl rayonunda naməlum şəxs insanlara hücum edərək bıçaqla xəsarətlər yetirib.  

Qeyd edək ki, polis “London-Bric” körpüsündə və Boro rayon bazarında törədilən insidentlərin  terror aktı olduğunu rəsmi təsdiqləyib. Polis Voksholl rayonundakı insidentin onlarla əlaqəli olmadığını iddia edir. 

Xəbər lenti
0