Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Araz qırağında QAZ-53-lə 7 inəyi qaçırdılar

© Sputnik / Sait Tsarnayev / Mediabanka keçidКоровы в частном фермерском хозяйстве
Коровы в частном фермерском хозяйстве - Sputnik Azərbaycan
Abunə olmaq
Araşdırma zamanı məlum olub ki, inəklərin oğurlanmasında Məmişov özü şəxsən iştirak edib. O, cinayəti öz həmkəndliləri Arzu Paşalı və Qalib Həsənli ilə birlikdə törədib

BAKI, 2 iyun — Sputnik. İmişli rayon Polis İdarəsinin əməkdaşları iribuynuzlu heyvan oğurluğu ilə məşğul olan oğruları yaxalayıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər

Mayın 27-də Çaxırlı kənd sakinlərinin 7 inəyi yoxa çıxıb. İnəklər sonuncu dəfə Araz çayı kənarındakı otlaqda otlayırmış. İki gün ərzində kənd sakinləri özləri heyvanları axtarıblar. Mayın 29-da isə beş nəfər İmişli RPİ-nə bu barədə müraciət edib.

Polis İdarəsinin əməkdaşları tezliklə müəyyən ediblər ki, kənd sakinləri iki gün əvvəl heyvanların itdiyi ərazidə naməlum dövlət nömrə nişanlı QAZ-53 markalı avtomobil görüblər. Məlum olub ki, sözügedən avtomobil Cəbrayıl rayon sakini Fuad Məmişova məxsusdur.

Araşdırma zamanı məlum olub ki, inəklərin oğurlanmasında Məmişov özü şəxsən iştirak edib. O, cinayəti öz həmkəndliləri Arzu Paşalı və Qalib Həsənli ilə birlikdə törədib. Adı çəkilən şəxslər də saxlanılıblar.

Müəyyən edilib ki, oğurlanmış mallar Biləsuvar bazarında 4 400 manata satılıb. Saxlanılan şəxslər pulu xərcləməyə imkan tapmamış yaxalanıblar. Həmin pullar törədilmiş cinayətin dəlili olaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam edir.

Xəbər lenti
0