Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağır qəza nəticəsində 4 nəfər xəsarət aldı

© Sputnik / Ilham MustafayevQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Masallıda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər xəsarət alıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 2 iyun — Sputnik. Bu gün Masallı rayonu Kalonovka kənd ərazisində ağır avtoqəza baş verib.

Belə ki, “VAZ-2106” markalı avtomobillə “Mercedes” markalı minik avtomobil toqquşub. Nəticədə rayonun Qızılağac kənd sakinləri — 1997-ci ilə təvəllüdlü Muradov Bəhruz, 1999-cu il təvəllüdlü Səmədov İbrahim, 1977-ci il təvəllüdlü Cavadov Yusif və 1980-ci il təvəllüdlü Abdullayev Rüfət müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanların hamısı Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və onlardan biri dərhal əməliyyat olunub.

Məlumat olaraq bildirək ki, xəsarət alanların dördünün də vəziyyəti orta ağırdır. Avtoqəzanın baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti
0