08:00 05 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
125 0 0

"Azərsu" ASC əməkdaşının ölümündən xəbərsiz olsa da, ona maddi köməklik göstərilə biləcəyini açıqlayıb

BAKI, 2 iyun — Sputnik. Xəzər rayonunda bədbəxt hadisə baş verib. Azərsu ASC-nin işçisi, 1986-cı il təvəllüdlü Kərimov Teymur Əliağa oğlu ölüb.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat veriblər.

Kərimov elektrik işlədiyi Zirə qəsəbəsində təmir işləri aparmaq üçün elektrik dirəyinə dırmaşıb. Elektrik dirəyi yıxılıb və elektrik də onunla birlikdə yıxılaraq ölüb.

Azərsu-nun isə işçisinin ölümündən xəbəri yoxdur. Lakin əməkdaşımızla söhbətində Azərsu-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı deyib ki, ailə başçısının itirilməsi ilə əlaqədar olaraq Kərimovlar ailəsinə maddi kömək göstərilə bilər. Çünki ASC-də belə bir praktika mövcuddur. Lakin maddi köməyin həcmi ilə bağlı Anar Cəbrayıllı heç nə deməyib.

Əsas mövzular