Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İnternat məktəbinin itkin düşmüş şagirdi tapılıb

© pixabay / UnsplashМальчик
Мальчик - Sputnik Azərbaycan
Abunə olmaq
Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli internat məktəbinin itkin düşdüyü bildirilən şagirdi Elnur Malıyev artıq tapılıb

BAKI, 1 iyun — Sputnik. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli internat məktəbinin itkin düşdüyü bildirilən şagirdi Elnur Malıyev artıq tapılıb. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Uşaq ayaqqabıları, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda uşaq evinin 13 yaşlı sakini itkin düşüb

Məlumatda bildirilir ki, əslində Elnur Malıyevin, himayəsində yaşadığı anası Göyərçin Malıyeva övladının həkim müayinəsindən keçirilməsi məqsədilə, mayın 18-dən 22-dək onun dərsdən azad edilməsi üçün ərizə ilə məktəb rəhbərliyinə müraciət edib. Lakin icazə müddəti başa çatdıqdan sonra Elnur Malıyev dərsə gəlməyib.

"Valideyni ilə əlaqə saxlamaq cəhdlərinin nəticə vermədiyini görən məktəb rəhbərliyi, Elnur Malıyevin təhsilə cəlb edilməsinə köməklik göstərilməsi üçün Xəzər Rayon Polis İdarəsinə müraciət edib və nəticədə Elnur tapılaraq internat məktəbinə təhvil verilib. Məlum olub ki, Elnur Malıyev böyük qardaşı ilə mübahisə etdiyinə görə evdən qaçıb" — məlumatda bildirilir.

"Hazırda Elnur Malıyev Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli internat məktəbində təhsilini davam etdirir" — nazirlik əlavə edib.

Ötən gün Xəzər rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilirdi ki, Binə qəsəbəsinin 2004-cü il təvəllüdlü sakini Malıyev Elnur Elman oğlu Şüvəlan qəsəbəsində itkin düşüb. Elnur Malıyev İldırım küçəsindəki 12 nömrəli internat-məktəbdə yaşayır və təhsil alır.

Oğlan ayın 18-də itkin düşsə də, onun itkin düşməsi ilə bağlı internatın işçiləri 1-ci polis bölməsinə yalnız mayın 30-da məlumat veriblər. Bütün bu vaxt ərzində təhsil müəssisəsinin işçiləri Malıyevin özünün geri qayıdacağını gözləyiblər, lakin bu, baş verməyib.

Xəbər lenti
0