Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tərtərdə yük avtomobilləri toqquşub: xəsarət alanlar var

© Photo : REPORTTərtərdə yol qəzası
Tərtərdə yol qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb

BAKI, 28 may — Sputnik. Tərtər rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Düyrəli kənd sakini, 1995-ci il təvəllüdlü Pənahlı Fərid Vidadi oğlunun idarə etdiyi "KaMAZ" markalı yük maşını ilə Ağdam rayon sakini, 1958-ci il təvəllüdlü Sarıyev Rizvan Sarı oğlunun idarə etdiyi "Zil" yük avtomobili toqquşub. Nəticədə "Zil" yoldan çıxaraq aşıb, "KaMAZ" isə idarəetməni itirərək yol kənarında olan ağaca çırpılıb.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Yaralılardan biri – Rizvan Sarıyev Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər yaralı F.Pənahlı isə xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0