Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dolu daha bir bölgədə ciddi fəsadlar törətdi

© Photo : STRDolu. Arxıv şəkli
Dolu. Arxıv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yarım saatadək davam edən təbiət hadisəsi bir sıra meyvə və əkin sahlərinə ziyan vurub

İlham Mustafa, Sputnik Azərbaycan

Axşam saatlarında Goranboy rayonu ərazisinə yağan güclü yağış doluya çevrilib.

Sakinlərin bildirdiyinə görə, təbiət hadisəsi yarım saatadək davam edib. Dolu əsasən kəndlərdə meyvə, tərəvəz, və əkin sahələrinə ziyan vurub. Hazırda yığımı aparılan gilas, alça, ərik, və digər meyvələr dolu nəticəsində zay olub. Sakinlər leysan və dolunun taxıl sahələrinə də ziyan vurduğunu bildirirlər. Belə ki, dolunun sahələrdə biçinin gecikməsinə və taxılın yatmasına səbəb olduğu deyilir.

Xəbər lenti
0