17:46 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223
HADİSƏ
Qısa URL
33 0 0

Vəkili yaxın günlərdə iş materialları ilə tanış olacaq

BAKI, 26 may — Sputnik. Bloqqer Aleksandr Lapşinin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Bu barədə "Report"a A. Lapşinin vəkili Eduard Çernin məlumat verib. Onun sözlərinə görə, yaxın günlərdə iş materialları ilə tanış olacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Əlaqədar

Aleksandr Lapşinin həbs müddəti uzadıldı
Lukaşenkodan Lapşin məsələsinə görə sərt bəyanat
Lapşinin vəkili: “Bəlkə sabah onu buraxdılar?”
Novruz Məmmədov: “Lapşin məsələsini siyasiləşdirmək lazım deyil”
"Lapşin prosesi"nin ikinci mərhələsi başlayır
Teqlər:
Eduard Çernin, bloqer, Aleksandr Lapşin, vəkil, istintaq, cinayət işi

Əsas mövzular