Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dövlət qoruğunda yanğın baş verib

© Photo : ETSN-nin mətbuat xidmətiŞirvan Milli Parkının ərazisində yanğın
Şirvan Milli Parkının ərazisində yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın nəticəsində Milli Parkın təxminən 3 hektar ərazisində quru ot örtüyünə ziyan dəyib

BAKI, 23 may — Sputnik. Dünən Şirvan Milli Parkının Neftçala rayonunun Müşfiqabad qəsəbəsi ilə sərhəddində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ərazidə əsən güclü külək nəticəsində yanğın qısa müddət ərzində Şirvan Milli Parkının ərazisinə keçib.

Yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub və qısa müddət ərzində yanğın tam lokallaşdırılaraq söndürülüb. Yanğın nəticəsində Milli Parkın təxminən 3 hektar ərazisində quru ot örtüyünə ziyan dəyib. Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Xəbər lenti
0