Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qisas qiyamətə qalmadı

CC0 / Brett_Hondow / knifeНож в руке, фото из архива
Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əvvəl Baləhmədov Ağayevi bıçaqlayıb. Bir ay sonra isə Ağayev qisas məqsədilə Baləhmədovu bıçaqlayaraq öldürüb.

BAKI, 23 may — Sputnik. Bakıda qətl törədilib.

Qaradağ Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə,  hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində tanışı, 1951-ci il təvəllüdlü Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.

Məlumata görə, bundan əvvəl B. Baləhmədov E.Ağayevi bıçaqlayıb. Bir ay sonra isə E.Ağayev qisas məqsədilə B.Baləhmədovu bıçaqlayaraq öldürüb. Cinayəti törədən E.Ağayev saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri aparılır.

Xəbər lenti
0