17:15 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
73201

Qaçaqmalçıdan xalis çəkisi 780 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülüb

BAKI, 20 may — Sputnik. Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinə (GSHQMBİ), İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub. Bu barədə Sputnik Azərbaycan-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

DGK GSHQMBİ Əməliyyat İdarəsinin əməkdaşları ilə Biləsuvar Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmış və müvafiq əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, Yardımlı rayon Zevin kənd sakini Ağayev Ayəz Güləhməd oğlu saxlanılıb və ondan satmaq istədiyi bir ədəd bağlamada xalis çəkisi 780 qram olan narkotik vasitə — heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqədar

"Narkotik çəkmək üçün sulu qəlyandan istifadə edirlər"
Artıq bu maddələr də narkotik sayılacaq
Narkotik vasitələrlə bağlı qanuna dəyişiklik edilə bilər
Külli miqdarda narkotik müsadirə olunub
İynə vasitəsilə narkotik qəbul edənlərin QİÇS-ə yoluxması artır
İki metrlik piton narkotik asılılığından müalicə olunur
Teqlər:
GSHQMBİ, DGK, Dövlət Gömrük Komitəsi, əməliyyat, İran, heroin, narkotik

Əsas mövzular