06:58 19 Noyabr 2017
Canlı yayım
Zorlama faktı

Bakıda qəribə zorlama faktı

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
906721

Gənc qadın eyni ünvanda yaşadığı sevgilisi tərəfindən zorlanıb

BAKI, 19 may — Sputnik. Polisə zorlama ilə bağlı növbəti müraciət daxil olub. Zorlamanın qurbanı 25 yaşlı Bakı sakini olub. Bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Polisə şikayət edən şəxs Binə qəsəbəsindəki Südçülük Sovxozunda yaşayır. Şikayətçi bildirib ki, həftənin dördüncü günü (mayın 18-də) eyni ünvanda yaşadığı sevgilisi tərəfindən zorlanıb. Zərərçəkmişin sözlərinə görə, qırx yaşlı kişi əvvəlcə onu döyüb, sonra isə zorlayıb.

Faktla bağlı hələlik heç kəs saxlanılmayıb. Polis cinayətdə şübhəli bilinən şəxsin cinayət törədib-törətmədiyini araşdırır.

Qeyd edək ki, bu ayın əvvəlindən başlayaraq Bakıda daha iki zorlama faktı qeydə alınıb və onlardan birinin üstü açılıb.

Əlaqədar

Ölkədə 34 zorlama hadisəsi baş verib
6 ərəb kişi 2 azərbaycanlı qızı beysbol ağacı ilə zorlayıb
Bakıda rus qadını zorladılar
Bakıda qeyri-adi zorlama faktı
Teqlər:
zorlama, Bakı, polis, müraciət

Əsas mövzular