Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu məsələyə hüquq-mühafizə orqanları qarışmalı oldular

CC0 / cocoparisienne / handcuffsНаручники, фото из архива
Наручники, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Susana Şərifovanı ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan Əbülfəs Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaq cəlb edilib

BAKI, 17 may — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu mayın 15-də Bakıda baş vermiş intihar hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, məlumatda bildirilir ki, mayın 15-də 1986-cı il təvəllüdlü Şərifova Susana Şakir qızının Nəsimi rayonunda yaşadığı mənzilin eyvanından özünü ataraq öldürməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla Baxşiyev Əbülfəs Yusuf oğlunun 2009-cu ildən etibarən rəsmi nikahları qeydə alınmasa da, faktiki ər-arvad kimi birlikdə yaşadığı və maddi cəhətdən asılı olmuş S. Şərifovanı dəfələrlə döyüb işgəncə verməsində, habelə amansız rəftar etməklə və ləyaqətini mütəmadi olaraq alçaltmaqla onu özünü öldürmə həddinə çatdırmasında əsaslı şübhələr olduğundan Ə. Baxşıyev şübhəli şəxs qismində tutularaq istintaq cəlb edilib.

Ə. Baxşiyevə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0