Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gözdən əlil kişi intihar etdi

CC0 / kloxklox_com / lightГорящая свеча в руке, фото из архива
Горящая свеча в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gözdən əlil olan Nəzirməmməd Abdullayev son zamanlar onkoloji xəstəlikdən əziyyət çəkirmiş

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Qax rayonunda gözdən əlil şəxs intihar edib. Hadisə bu gün günorta saatlarında rayonun Çinarlı kəndində baş verib.

Kənd sakini, 1938-ci il təvəllüdlü Nəzirməmməd Mehdi oğlu Abdullayevin meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə aşkar edilib.

Araşdırma zamanı 79 yaşlı N. Abdullayevin intihar etdiyi məlum olub. Məlumatda bildirilir ki, gözdən əlil olan N. Abdullayev son zamanlar onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Bu səbəbdən N. Abdullayev əvvəllər də bir neçə dəfə intihara cəhd edib.

Faktla bağlı Qax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Xəbər lenti
0