05:53 25 Fevral 2018
Canlı yayım
Bakının mərkəzi

Azərbaycandan 431 nəfər deport olunub

© Sputnik / Fuad Hasanov
HADİSƏ
Qısa URL
557 0 0

On səkkiz nəfər isə ölkədə yaşamaq üçün müvəqqəti icazə sənədini itirib.

BAKI, 16 may — Sputnik. Aprel ayında Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı 46574 müraciət daxil olub. Bu barədə Sputnik Azərbaycan-a DMX-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 4248 müraciət, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 2704 müraciət daxil olub.

Ötən ay ölkədə olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1547 hal baş verib. 179 nəfərin Azərbaycan Respublikası ərazisində yaşamasını leqallaşdırıb, 919 nəfərə inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunub. 431 nəfər isə cərimə edilərək ölkədən çıxarılıb. 18 nəfər isə ölkədə yaşamaq üçün müvəqqəti icazə sənədini itirib.

Əlaqədar

ABŞ vətəndaşları bu ölkədən deportasiya oluna bilər
Könüllü köçürülmə, yoxsa deportasiya
Türkiyənin İŞİD hesabatı: 3 min 128 nəfər ölkədən deportasiya edilib
Üç mindən çox əcnəbi Türkiyədən deportasiya olunub
Teqlər:
DMX, əcnəbi, vətəndaş, Azərbaycan

Əsas mövzular