Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Avtobusunu dəyişdi, həlak oldu

© Photo : DHAOlay yerine çok sayıda ambulans sevkedildi. Kaza nedeniyle metrobüs seferleri durdu.
Olay yerine çok sayıda ambulans sevkedildi. Kaza nedeniyle metrobüs seferleri durdu. - Sputnik Azərbaycan
Abunə olmaq
Səfəri təşkil edən Murat Ceylanın xanımı Nazlı Ceylan da həlak olanlar arasındadır. Maraqlıdır ki, Nazlı Ceylan yarı yolda digər mikroavtobusdan qəza keçirən mikroavtobusa keçib

BAKI, 13 may — Sputnik. Türkiyədə mikroavtobusun qəzaya uğraması nəticəsində 23 nəfər ölüb, 11 nəfər yaralanıb. 

"Hürriyet"in verdiyi məlumata görə, bu barədə jurnalistlərə Muğla valisi Amir Çiçek məlumat verib. 

İlkin məlumata əsasən, sərt döngədə avtobusun əyləc sistemi sıradan çıxıb və o, alt cərgədə hərəkət edən avtobusun üzərinə düşüb.

Avtobus İzmirdəki Yaylacık qəsəbəsindən yola çıxıbmış. Yerli bələdiyyənin sədri Necdət Dəmirəlin dediyinə görə, bu qəsəbənin sakinləri, əsasən də qadınlar hər həftə mikroavtobusla bir günlük səyahətlərə çıxırlarmış. Bu dəfə onlar Analar günü münasibətilə Akyakaya gedirlərmiş. Qadınlar gəzintiyə 2 avtobusla gediblər.

Səfəri təşkil edən Murat Ceylanın xanımı Nazlı Ceylan da həlak olanlar arasındadır. Maraqlıdır ki, Nazlı Ceylan yarı yolda digər mikroavtobusdan qəza keçirən mikroavtobusa keçib.

Xəbər lenti
0