16:23 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
qəza

Minik avtomobilləri toqquşdu, ölənlər var

google.az
HADİSƏ
Qısa URL
31011

Yevlaxda iki minik avtomobili toqquşub, ölənlər var

BAKI, 12 may — Sputnik. Yevlaxın Tanrıqulular kəndində 5 nəfərin ölümü, 1 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın xəbərinə görə, Yevlax rayon Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Səfərov Ziyad Surxay oğlunun idarə etdiyi 20 CF 226 dövlət nömrə nişanlı VAZ 2107 markalı minik maşını Tərtərin Cəmilli kənd sakini, 1992-ci il təvəllüdlü Zülqədarlı Zülqədar Üzeyir oğlunun idarə etdiyi 50 CE 046 nömrə nişanlı VAZ21015 markalı avtomobillə toqquşub.

Nəticədə hər iki minik maşınının sürücüsü və daha üç nəfər — VAZ-2107-nin sərnişini, Kəlbəcər rayonundan məcburi köçkün, 1961-ci il təvəllüdlü Həşimov İlya Yunis oğlu, digər maşındakı sərnişinlər, Mingəçevir şəhər sakini, 1988-ci ildə anadan olmuş Zeynalov Pərviz Fərəc oğlu və 1993-cü il təvəllüdlü Allahverdiyev Zahir Həsən oğlu hadisə yerində keçiniblər.

VAZ 2107-də olan digər sərnişin, Kəlbəcər rayonundan məcburi köçkün Alışanlı Tural Əliyar oğlu ağır bədən xəsarətləri ilə Mingəçevir şəhər Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir. Faktla bağlı Yevlax Rayon polis Şöbəsində araşdırma aparılır.

Əsas mövzular