08:17 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
HADİSƏ
Qısa URL
57400

2013-cü il təvəllüdlü Mustafayev Fuad Həbib oğlunun meyiti evlərinin yaxınlığında aşkar edilib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Bu gün Qubanın Bərqov kəndində 4 yaşlı Fuad Mustafayev müəmmalı şəraitdə ölüb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, F.Mustafayev baş nahiyəsindən (alnında xəsarətlər var) aldığı zədə nəticəsində dünyasını dəyişib.

Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafayev Fuad Həbib oğlunun meyiti evlərinin yaxınlığında aşkar edilib. Ailə üzvləri uşağın meyitini Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparıblar. Amma, bu zaman artıq iş-işdən keçmiş olub. 

Onun hansı səbəbdən ölməsini, yıxılıb və ya qəsdən öldürülməsini təyin etmək üçün tibbi ekspertiza təyin olunub.

Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba şöbəsinin verdiyi məlumata görə, ekspertizanın rəyindən sonra uşağın ölüm səbəbi məlum olacaq.

Onu da qeyd edək ki, uşağı tapıb ailəsinə təhvil verən şəxs Xaçmaz rayonunun Çılğır kənd sakini 1990-ci il təvəllüdlü Məlikov Xəyyam Yarməmməd oğlu olub. X.Məlikov Qubanın hüquq mühafizə orqanları tərəfindən saxlanılsa da, uşağı tapması barədə ifadəsi alınıb və sərbəst buraxılıb.

Quba rayon prokurorluğundan bildirilib ki, Məlikov ölüm faktı ilə bağlı saxlanılmayıb. Çünki hələlik tibbi ekspertiza uşağın qətlə yetirildiyi barədə faktı təsdiqləməyib. Amma oğlanın baş nahiyəsində xəsarət var. 

Hümbət Sadıqov
© Sputnik / Ramil Ibrahimov

"Oğlanın meyiti evin yaxınlığındakı qum təpəciyindən tapılıb. Lakin o ətrafda elə bir şey yoxdur ki, uşağın başı ora dəysin və ölümcül xəsarət alsın" – deyə prokurorluqdan bildiriblər.

Məlumata görə, körpə ailənin yeganə uşağı olub. Onun anası ikinci uşağını dünyaya gətirməyə hazırlaşır. Balaca Fuad küçədə oynayanda, anası evdə olub.

Əsas mövzular