Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Maşın dərəyə aşdı, sərnişin həlak oldu

© Sputnik / Ilham MustafayevQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
39 yaşlı Namiq Əmirağa oğlu Balaşov aldığı xəsarətdən xəstəxanada keşinib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 11 may — Sputnik. Qusar rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə,  qəza rayonunun Köhnə Xudat kəndi ərazisində baş verib.

Belə ki, İmamqulukənd istiqamətinə gedən, Gədəzeyxur sakini Yaşar Zöhrabbəy oğlu Haqverdiyevin idarə etdiyi VAZ 21115 markalı avtomobil yol kənarındakı ağaca dəyərək dərəyə aşıb.

Dərə iki metrlik olsa da, avtomobildəki sərnişin, Gədəzeyxur kənd sakini, 39 yaşlı Namiq Əmirağa oğlu Balaşov ağır xəsarət alıb.

Balaşov Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin aldığı xəsarətlər çox ağır olduğundan, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qusar rayon Polis İdarəsində araşdırma başlanılıb.

Xəbər lenti
0