Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Saatlı rayonunda zəlzələ olub

© AFP 2023 / Sam YehSeysmoqraf. Arxiv şəkli
Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub

BAKI, 11 may — Sputnik. Respublika Seysmoloji Xidmət Mərkəzi Azərbaycanda bu gün baş verən zəlzələ ilə bağlı məlumat açıqlayıb.

Mərkəzdən verilən məlumata görə, yerli vaxtla saat 07:24:19-da Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 5.3, dərinliyi 39 km olub.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.

Zəlzələ həmçinin Kürdəmir, Şamaxı, Ağsu, Hacıqabul, Sabirabad, Füzulidə də hiss olunub.  

Xəbər lenti
0