Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Özünü bazarda asdı

CC BY-SA 2.0 / Kurt Bauschardt / Leg' GateСторожевая будка, фото из архива
Сторожевая будка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəllər məhkum olmuş kişi Pirallahı qəsəbəsindəki bazarda yaşayıb və işləyib, elə oradaca özünü öldürüb

BAKI, 10 may — Sputnik. Bakıda yaşlı kişi özünü asıb.

Bu barədə Sputnik Azərbaycan-a Pirallahı rayon Polis İdarəsindən məlumat veriblər.

Ötən gün 1954-cü il təvəllüdlü Cəbrayılov Atif Həsən oğlu günorta saatlarında Pirallahı qəsəbə bazarındakı gözətçi köşkündə özünü asıb. Bazarda gözətçi işləyən Cəbrayılovun cəsədi köşkün giriş qapısında asılı vəziyyətdə tapılıb.

İlkin araşdırma zamanı məlum olub ki, onun yaşamağa yeri olmayıb. O, bazarda gözətçi işləyib və elə köşkdə də yaşayıb. Cəbrayılovun ailəsi olmayıb. Kişinin əvvəllər Cinayət Məcəlləsinin 126-cı maddəsi (sağlamlığa qəsdən ağır xəsarət yetirmə) ilə məhkum olduğu məlum olub.

İntiharın səbəbi hələlik məlum deyil. Rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0