Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İtlər ağsaqqala hücum etdilər

© Photo : Ilham AhmadovOğuzun Padar kəndində vəhşi itlər kəndin mərkəzində məktəblilərə hücum ediblər
Oğuzun Padar kəndində vəhşi itlər kəndin mərkəzində məktəblilərə hücum ediblər - Sputnik Azərbaycan
Abunə olmaq
Balakəndə işə gedən 77 yaşlı fəhləyə sahibsiz itlər hücum edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 10 may — Sputnik. Bu gün saat 06:30 radələrində Balakən rayonu Qazbinə kənd sakini, 1940-cı il təvəllüdlü Tahir Seyfəddin oğlu Şahquliyev işə gedən zaman küçədə sahibsiz itlərin hücumuna məruz qalıb. Sol ayağın baldır nahiyəsinin bir-neçə yerindən it dişləməsi xəsarəti alan Tahir Şahquliyev yaxınlıqdakı şəxslərin köməyi ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Tahir Şahquliyevə lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Qeyd edək ki, sözügedən rayonda analoji hadisələr tez-tez baş verir. Çoxsaylı sahibsiz itləri görmək adi hala çevrilib. Bundan ən çox narahat olan isə təbii ki, valideynlərdir. Çünki baş verən xoşagəlməz hadisələrdən belə məlum olur ki, sahibsiz itlər daha çox uşaqlara hücum edir, onlara xəsarət yetirir. 

Xəbər lenti
0