22:24 15 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Охотник, фото из архива

İki yüz nəfərə iki yüz min manatlıq cəza kəsildi

CC0 / PublicDomainPictures / Hunter
HADİSƏ
Qısa URL
107 0 0

İnzibati Xətalar Məcəlləsinin 230-cu maddəsinə əsasən fiziki şəxslər 200-500 manat məbləğində, vəzifəli şəxslər 2000-2500 məbləğində, hüquqi şəxslər 5000-7500 məbləğində cərimə edilir

BAKI, 7 may — Sputnik. Ovçuluq və heyvanat aləmi haqqında Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsinə dövlət nəzarəti həyata keçirən qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində mütəmadi olaraq reydlər keçirilir. Ötən il keçirilən reydlər zamanı ümumilikdə 229 qanunsuz ov edən yerli və əcnəbi vətəndaş saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həmin vətəndaşlardan ümumilikdə 193 ov tüfəngi, 632 patron, 44 qanunsuz ovlanmış quş və heyvan götürülüb, faktla bağlı 200 nəfər 193317 manat məbləğində inzibati qaydada cərimə edilib. 29 nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün isə yerli rayon polis şöbələrinə müraciət edilib. Həmin şəxslərin şəxsiyyətləri müəyyənləşdirildikdən sonra onlar barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

"Eyni zamanda, Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba inzibati rayonları ərazisində və Ağgöl Milli Parkında qadağan olunmuş alətlərlə (tələ, cələ, ilgək) qanunsuz ov edən 16 əcnəbi, o cümlədən BƏƏ, Türkiyə Respublikası, Pakistan, İraq və Suriya vətəndaşları da saxlanılıb. Onlar ölkədən deportasiya edilib və gələcəkdə Azərbaycan Respublikası ərazisinə buraxılmaması üçün Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib" — Mirzəyev bildirib.

Sektor müdirinin sözlərinə görə, 2017-ci ilin yanvar-mart ayları ərzində çöl quşlarının qanunsuz ovlanması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı 65 vətəndaş saxlanılıb. Onlardan 61 ov tüfəngi, 147 patron, qanunsuz ovlanmış 11 baş quş və 4 baş heyvan götürülüb.

"İnzibati Xəta törətmiş, qanun pozmuş şəxslər haqqında protokol tərtib edilib, 56 nəfərə 58136 manat məbləğində cərimə yazılıb və iddia qaldırılıb. 9 fakt üzrə isə qanun pozuntuları üzrə şəxsiyyətlərini müəyyən edilməsi üzrə adiyyatı polis orqanlarına müraciət edilib" — ETSN rəsmisi vurğulayıb.

Bununla yanaşı, Nazirliyin əməkdaşları tərəfindən aprel ayında keçirilən reydlər zamanı Ağstafa rayonu "Yaşıl göl" İstirahət Mərkəzində bir baş qonur ayının, Xaçmaz rayonu "Çənlibel" istirahət mərkəzində iki baş Dağıstan turu və Fizuli rayonunun "Qarabağ" istirahət mərkəzində iki baş qonur ayının və 3 baş ceyranın qeyri-qanuni şəkildə təbiətdən götürülərək, qeyri-sərbəst şəkildə qəfəslərdə saxlanılması aşkar edilib. Faktlar üzrə həmin istirahət mərkəzlərinin sahibləri haqqında protokollar tərtib edilib və hər biri inzibati qaydada 500 manat cərimə edilib. İstirahət mərkəzlərində qanunsuz saxlanılan heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdindəki vəhşi təbiətin bərpası və reabilitasiyası mərkəzinə təhvil verilib. R. Mirzəyevin sözlərinə görə, bu il hələ ki, qanunsuz ov edənlər arasında əcnəbilər qeydə alınmayıb.

Qeyd edək ki, qanunsuz ov edən şəxslər İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən 1000-2000 manat məbləğində inzibati qaydada cərimə edilir. Qanunsuz olaraq ov edilmiş quşa, heyvana görə onlara iddialar qaldırılır. Qanunvericiliyə uyğun olaraq icazə sənədi olmadan heyvan və quşun götürülərək, istirahət mərkəzlərində qeyri-sərbəst şəkildə saxlanılmasına görə, İnzibati Xətalar Məcəlləsinin 230-cu maddəsinə əsasən fiziki şəxslər 200-500 manat məbləğində, vəzifəli şəxslər 2000-2500 məbləğində, hüquqi şəxslər 5000-7500 məbləğində cərimə edilir.

Əlaqədar

Heyvan ovlamağa çıxmışdı, özünü vurdu
Timsah ovunun faciəli sonu
Görün, siçanı ovlamaq istəyən pişiyin başına nə gəldi
Prezident ova çıxdı
Azərbaycanda qanunsuz ov edən daha iki ərəb saxlanıldı
Yolçuları ovsunlayan balaca tacirlər
Teqlər:
Ov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Raqub Mirzəyev, Beyləqan, Xaçmaz, İmişli

Əsas mövzular