14:50 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
HADİSƏ

Ehtiyatsızlıq ustanın həyatına son qoydu

HADİSƏ
Qısa URL
119 0 0

Faktla bağlı Şabran Prokurorluğu araşdırma aparır

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 9 may — Sputnik. Şabran rayonunda bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, rayonun Dəvəçi kəndində yaşayan 46 yaşlı Məmməd Alahverdi oğlu Məmmədov özünə məxsus VAZ 21099 markalı avtomobillə Şabran şəhər sakini 38 yaşlı Vüqar Əlverdiyevi öldürüb. Hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Belə ki, şəhərin M.Ə.Rəsulzadə küçəsində yerləşən avtomobil təmiri sexində avtomobil təmiri zamanı M.Məmmədov maşini arxaya vermək istəyib. Bu zaman sexdə çilingər işləyən üç uşaq atası 38 yaşlı Vüqar Əlverdiyevi avtomobillə sexin divarına sıxıb. Vüqar Əlverdiyev aldığı xəsarətdən elə yerindəcə dünyasını dəyişib. 

Faktla bağlı Şabran Prokurorluğu araşdırma aparır.

Əsas mövzular