Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Başı daşa dəydi, çayda boğuldu

Abunə olmaq
Qaxda 25 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Qaxda 25 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Qum kəndində baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü, Qum kənd sakini Səxavət Cabir oğlu Mikayılovun meyiti kənddən keçən Qum çayının qolundan həmkəndliləri tərəfindən tapılıb.

Aparılmış ilkin araşdırma zamanı məlum olub ki, 25 yaşlı Səxavət Mikayılov ehtiyatsızlıqdan yıxılıb və başı çaydakı daşa dəyib. Nəticədə huşsuz vəziyyətdə olan Səxavət Mikayılov boğularaq ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Xəbər lenti
0