Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Polislər məktəblini öldürdülər

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidПистолет Макарова, фото из архива
Пистолет Макарова, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polislər yeniyetməyə bir neçə dəfə atəş açıblar, sonra isə ilk tibbi yardım göstəriblər. Yaralı xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

BAKI, 7 may — Sputnik. ABŞ-ın San-Dieqo şəhərində polis əməkdaşları onlara doğru pnevmatik tapançanı tuşlayan 15 yaşlı yeniyetməni güllələyərək öldürüblər. APA-nın “The Sacramento Bee” nəşrinə istinadən verdiyi xəbərə görə, insident məktəb yaxınlığında avtomobil duracağında baş verib. Yeniyetmə polis əməkdaşlarının “silahı yerə qoy” əmrinə məhəl qoymayıb.  

Polislər yeniyetməyə bir neçə dəfə atəş açıblar, sonra isə ilk tibbi yardım göstəriblər. Yaralı xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Xəbər lenti
0