01:00 17 Yanvar 2018
Canlı yayım
Şamaxıda sürüşmə

Bu bölgədə sürüşmə davam edir: insanlar evlərini tərk edirlər

© Sputnik / Ilham Ahmadov
HADİSƏ
Qısa URL
50 0 0

Sürüşmənin vurduğu zərərlə bağlı lazımı qurumlara xəbər verilsə də, hələlik problem öz həllini tapmayıb

BAKI, 6 may — Sputnik. Şamaxıda uzun müddətdir davam edən torpaq sürüşməsi təhlükəsi sovuşmaq bilmir.

Sürüşmə səbəbindən yenə yaşayış evləri yararsız vəziyyətə düşüb. Son bir həftə ərzində hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb. Şəhərin Aşıq Məmmədağa küçəsində 2 hektar sahənin sürüşməsi nəticəsində 7 ev təhlükə altına düşüb. Sözügedən ərazidə iki evin daş hasarı uçub, həyətyanı sahələrdəki yarğanlar gündən günə genişlənir.

  • Şamaxıda şürüşmə evlərə də ziyan vurub
    Şamaxıda şürüşmə evlərə də ziyan vurub
    © Sputnik / Ilham Ahmadov
  • Şamaxıda torpaq sürüşməsinin fəsadları
    Şamaxıda torpaq sürüşməsinin fəsadları
    © Sputnik / Ilham Ahmadov
  • Sürüşmə asfalt örtüyünü də parçalayıb
    Sürüşmə asfalt örtüyünü də parçalayıb
    © Sputnik / Ilham Ahmadov
  • Bəzi evlər yaşanmaz hala gəlib
    Bəzi evlər yaşanmaz hala gəlib
    © Sputnik / Ilham Ahmadov
  • Şamaxıda torpaq sürüşməsinin nəticəsi
    Şamaxıda torpaq sürüşməsinin nəticəsi
    © Sputnik / Ilham Ahmadov
  • Şamaxıda sürüşmə
    Şamaxıda sürüşmə
    © Sputnik / Ilham Ahmadov
1 / 6
© Sputnik / Ilham Ahmadov
Şamaxıda şürüşmə evlərə də ziyan vurub

Ev sahibləri gecəni öz evlərində keçirməyə qorxurlar. Evlərin bünövrəsinə zərər vuran uçqun dağıntılara səbəb olub. Sürüşməyə səbəb olan qrunt suları isə evlərin zirzəmisinə dolub. Ev sahibləri zirzəmiyə dolan suyu nasoslarla təmizləməyə çalışır. Evlərdəki çatlar getdikcə artmaqdadır. Artıq iki ailə təhlükə səbəbindən evini tərk edib.

Sürüşmənin vurduğu zərərlə bağlı lazımı qurumlara xəbər verilsə də, hələlik problem öz həllini tapmayıb.

Əsas mövzular