Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Partlayış baş verdi, yaralıları Bakıya gətirdilər

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Oğuzda fərdi yaşayış evində qaz sızmasından partlayış olub

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 5 may — Sputnik. Oğuzda fərdi yaşayış evində qaz sızmasından partlayış olub, ana və oğlu yanıq xəsarətləri alıb.

Axşam saat 18:30 radələrində rayonun Calut kənd sakinləri, 1961-ci il təvəllüdlü Leyla Talıb qızı Həsənova və onun 1980-cı il təvəllüdlü oğlu Elnur Mərdan oğlu Həsənov bədənlərinin 3-cü dərəcəli termiki yanıq xəsarətləri ilə Oğuz rayon mərkəzi xəstəxanasına daxil olublar.

Ana və oğluna xəstəxanada lazımı tibbi yardım göstərildikdən sonra vəziyyətlərini nəzərə alaraq, müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər. Oğuz rayon Polis Şöbəsindən bildirilib ki, hadisə Leyla və Elnur Həsənovların yaşadığı ünvanda baş verib. Qaz sızması nəticəsində anidən alovla müşahidə edilən partlayış baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0