Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cəbhə xəttində yanğın baş verib

© Sputnik / Ramil IbrahimovAğdam rayonunda fərdi yaşayış evində yanğın baş verib
Ağdam rayonunda fərdi yaşayış evində yanğın baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Ağdamın cəbhə xəttinə yaxın yerləşən Hacıturallı kəndində qeydə alınıb

BAKI, 4 may — Sputnik. Ağdam rayonunda fərdi yaşayış evində yanğın baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun cəbhə xəttinə yaxın yerləşən Hacıturallı kəndində qeydə alınıb.

Yanğın nəticəsində Mübariz Əliyevə məxsus 4 otaqlı evin 100 kv. metri əşyaları ilə birlikdə yanıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub. Hadisə zamanı evin sakinləri evdə olsalar da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

© Sputnik / Ramil IbrahimovYanğın nəticəsində Mübariz Əliyevə məxsus 4 otaqlı evin 100 kv. metri əşyaları ilə birlikdə yanıb
Yanğın nəticəsində Mübariz Əliyevə məxsus 4 otaqlı evin 100 kv. metri əşyaları ilə birlikdə yanıb - Sputnik Azərbaycan
Yanğın nəticəsində Mübariz Əliyevə məxsus 4 otaqlı evin 100 kv. metri əşyaları ilə birlikdə yanıb

Alovun qarşısını, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadası alıb. Yanğının yaxınlıqdakı yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

Hadisə ilə bağlı Ağdam Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yanğın nəticəsində ziyan dəymiş ailəyə maddi yardım göstərilib: "Onların müvəqqəti yaşayış yeri ilə təmin edilməsinə də köməklik göstəriləcək".

Xəbər lenti
0