Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda biznesmenin oğlu adam öldürdü, amma mühakimə olunmayacaq

© Photo : Auto.az"Porsche Cayenne Magnum" markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobil
Porsche Cayenne Magnum markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobil - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza baş verən vaxt avtomobilin sükanı arxasında biznesmen və gecə klublarının sahibi Füzuli Fərəcovun həddi-buluğa çatmamış, 2001-ci il təvəllüdlü oğlu Ağaəli Fərəcli olub

BAKI, 4 may — Sputnik. Ötən gün saat 17:30 radələrində Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəmbərov küçəsindəki 15 nömrəli binanın yaxınlığında "Porsche Cayenne Magnum" markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobil 25 yaşlı qızı vurub və hadisə yerindən qaçıb gizlənib. Qız 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, qısa zamanda keçinib. 

Mikroavtobus qəzası - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda daha bir avtobus qəzası

Bu barədə Sputnik Azərbaycan-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib. İlkin araşdırmalar zamanı ölən adamın şəxsiyyəti müəyyənləşdirilib. O, 1992-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Məmmədova Xəyalə Ənvər qızıdır.

Məlum olub ki, qəza baş verən vaxt avtomobilin sükanı arxasında biznesmen və gecə klublarının sahibi Füzuli Fərəcovun həddi-buluğa çatmamış, 2001-ci il təvəllüdlü oğlu Ağaəli Fərəcli olub. Təbii ki, Fərəclinin sürücülük hüququ yoxdur.

Polisdən bildiriblər ki, maşın yeniyetmənin atasının adınadır. Fərəcli həddi-buluğa çatmadığı üçün cinayət məsuliyyətinə cəlb edilməyəcək. İşin materialları araşdırma üçün DİN-in ali istintaq orqanına göndərilib.

Velosiped - Sputnik Azərbaycan
HADİSƏ
Velosipedçi qəzada öldü

Qeyd edək ki, hadisə ilə əlaqədar olaraq AR Cinayət Məcəlləsinin iki maddəsi ilə (avtonəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması və yol-nəqliyyat hadisəsi yerindən qaçma) cinayət içi açılıb. Məlumatlara görə, Füzuli Fərəcov Mohito və Parаdize gecə klublarının sahibidir. O, əvvəllər Bakıxanov qəsəbəsindəki ''Badu kubə'' restoranının sahibi olub. Sonradan həmin restoranı sataraq adı çəkilən gecə klublarını və Novxanıdakı ''Kalyon'' restoranını tikdirib.

Bir müddət əvvəl mediada onun adı sözügedən obyektlərin tikintisində və təmirində çalışan işçilərin əməkhaqqını verməkdən imtina etməkdə hallanmışdı. Ağəli Fərəcovun törətdiyi qəzada həyatını itirən Xəyalə Məmmədova isə 2 uşaq anası olub və paytaxtdakı gözəllik salonlarından birində işləyib. Fərəcovun gənc qadının ölümünə səbəb olan avtomobilinin satış qiyməti 200 min manatdan başlayır.

Xəbər lenti
0