19:57 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
İntihar

Məktəbli intiharının təfərrüatları üzə çıxdı

CC BY-SA 2.0 / Emma White / rope
HADİSƏ
Qısa URL
49610

Hələ nəfəsi üstündə olan məktəblini xəstəxanaya çatdırsalar da, bir gün sonra keçinib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 2 may — Sputnik. Dünən günorta radələrində Xızı rayonunun Sitalçay kəndində 14 yaşlı məktəbli özünə qəsd edib. Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən xəbərə görə, 2003-cü il təvəllüdlü Rüfət Bayramov özünü yaşadığı evin həyətindəki tövlədə asıb.

Ailə üzvləri onu Sumqayıt Şəhər Xəstəxanasına çatdırsalar da, məktəblinin həyatını xilas etmək mümkün olmayıb. O, gecə saatlarında xəstəxanada dünyasını dəyişib. Xızı Rayon Prokurorluğu faktı təsdiqləyib, qurumdan hadisə ilə bağlı cinayət işi açıldığı bildirilib.

Hadisənin bəzi təfərrüatları məlum olub. Yerli sakinlərin sözlərinə görə, Rüfət yaxşı oxuyan şagird olub. Onun təhsili və tərbiyəsində heç bir problem olmayıb. Ötən həftənin beşinci günü — aprelin 28-də dərsdə olub.

Sakinlərin dediklərinə görə, 14 yaşlı məktəblinin valideynləri boşanıblar. Atası Şuraabad kəndində yaşayır. Rüfət qardaşı ilə birlikdə anasının yanında yaşasa da, atasının da yanına gedib-gəlirmiş.

Hadisə baş verən gün Rüfət 4-cü sinifdə oxuyan qardaşı ilə evdə olub. Birdən qardaşına "mən getdim" deyib və iplə özünü tövlədə asıb. Bir azdan onu asılmış görən qardaşı qorxaraq qonşulara xəbər verib.

Hadisə vaxtı anası yas yerində olub. Hələ nəfəsi üstündə olan, xırıldayan məktəblini Sumqayıt Şəhər Xəstəxanasına çatdırsalar da, 1 gün sonra yeniyetmə keçinib.

Onun özünü asmasına ilkin olaraq ailələrində yaşanan gərginliyin səbəb olduğu ehtimal edilir. Bütün bu ehtimallara, Xızı Rayon Prokurorluğunda özünü öldürmə həddinə çatdırma maddəsi ilə açılan cinayət işinin yekununda cavab veriləcək.

Əlaqədar

İntiharla bağlı rəsmi məlumat yayıldı
Mehman Qələndərovun intiharı ilə bağlı cinayət işi başlanıb
Qadını intihar həddinə çatdıran şəxs tutuldu
Uşaq intiharlarına dair həyacan təbili: sərt qadağa təklif olunur
Bakıda bir sutkada üç intihar baş verib
Axundun bacısı niyə intihar etdi?
Borca görə intihar etdi
Teqlər:
Sumqayıt Şəhər Xəstəxanası, Rüfət Bayramov, Sitalçay kəndi, Xızı rayonu, məktəbli, şagird, ana, ata

Əsas mövzular