06:37 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Öz qulağını kəsən adam

Lənkəranda öz qulağını yeyən xüsusi təhlükəli cinayətkar tutulub

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
440 0 0

Sonuncu dəfə saxlanılan zaman şübhəli hasardan tullanaraq qaçmağa cəhd edib, lakin əməliyyatçıların əlinə düşüb

BAKI, 2 may — Sputnik. Lənkəran rayon Polis İdarəsinin əməkdaşları, keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində xüsusi təhlükəli cinayətkarı saxlayıblar. Əvvəllər də dəfələrlə dəmir barmaqlıqlar arasına düşmüş, 56 yaşlı Fətullayev Nəriman Səfər oğlu kriminal aləmdə "Pulya Nəriman" ayaması ilə məşhurdur.

Bu barədə Sputnik Azərbaycan-a Lənkəran rayon Polis İdarəsindən məlumat verilib. Əvvəllər AR Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah əldə etmə və odlu silah saxlama), 207.3 (odlu silahdan istifadə etməklə xuliqanlıq), 304.2 (mühafizə altından qaçma) və 15,93 (öldürməyə təşəbbüs (köhnə redaksiya ilə)) maddələri ilə həbs olunmuş Fətullayev, 2014-ci ildən qəsdən adam öldürməyə görə axtarışda olub.

Baş prokurorluq Fətullayevi AR CM-in 120.2.4 (xüsusi qəddarlıqla qətlə yetirmə); 120.2.5 (… tamah məqsədilə); 120.2.11 (… soyğunçuluq və hədədən istifadə etmək); 29,120.2.6 (cinayətin izlərini gizlətmək məqsədilə adam öldürməyə təşəbbüs), 29,120.2.7 (iki və daha artıq şəxsi öldürmə); 29, 120.2.10 (təkrar adam öldürmə); 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 181.3.3 (…zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaq) maddələri ilə təqsirli bilinib.

2008-ci ildə Fətullayev zərgər Şükür Əhmədovun ailəsinə basqın zamanı, onun oğlu Şahin Əhmədovu bıçaqla doğrayaraq öldürüb, onun xanımı Əzizə Əhmədovaya isə hücum edib və qadın xəstəxanada vəfat edib. 2014-cü ilə qədər hüquq-mühafizə orqanları Əhmədovların qətlinin Fətullayevin əli ilə olduğunu bilməyib.

Qətldən bir neçə il keçəndən sonra Fətullayev odlu silah saxlamağa görə həbs olunub və bununla da ikiqat ölümlə bağlı cəzadan qaçmağa müvəffəq olub. Onda Fətullayev iki il həbsdə yatıb və azadlığa çıxıb. Amma göründüyü kimi, Fətullayev hesab verməkdən qaça bilməyib.

Məlumdur ki, Fətullayev bir dəfə saxlanılarkən polisləri qorxutmaq və şəxsi toxunulmazlıq əldə etmək üçün nümayişkaranə şəkildə öz qulağını kəsib və onu yeyib. Sonuncu dəfə saxlanılarkən Fətullayev hasardan toyuq hininin çardağına tullanaraq qaçmağa cəhd edib. Lakin birbaşa onu həbs etməyə gələn əməliyyat qrupunun əlinə düşüb. Lənkəran RPİ-dən bildiriblər ki, bu dəfə Fətullayevin öz qulağını yeməsi nömrəsi işə yaramayacaq.

Əlaqədar

Şirkətə qarşı cinayət işi açılacaq
Mehman Qələndərovun intiharı ilə bağlı cinayət işi başlanıb
Ekologiyaya qarşı cinayətlərin sayı məlum oldu
Bir ay ərzində rekord sayda cinayət törədilib
Hərbi xidmətdə cinayətlə bağlı 175 nəfər axtarışa verilib
Bakıdakı uçqunla bağlı cinayət işi açıldı
Şabranda "törə cinayəti"nin qurbanı olan qız tükürpədici faktlar açıqladı
Teqlər:
Fətullayev Nəriman Səfər oğlu, kriminal, Lənkəran, polis, həbs

Əsas mövzular