Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Çantasından soyuq silah çıxdı

© Photo : STRTeleskopik dəyənək, arxiv şəkli
Teleskopik dəyənək, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Baqaj rentgen aparatından keçirilərkən, monitorda dəyənəyə oxşar predmetlərin təsviri görünüb, bu səbəbdən həmin baqaja təkrar yoxlama keçirilib

BAKI, 1 may — Sputnik. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları, mülki dövriyyəsi qadağan edilən soyuq silahın ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

12 ədəd Nokia markalı mobil telefonlar aşkar edilib - Sputnik Azərbaycan
HADİSƏ
Gömrükdə 12 ədəd telefon müsadirə olundu

Heydər Əliyev Beynəlxalq Hava Limanında Mineralnıye Vodı-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus baqaj rentgen aparatından keçirilərkən, monitorda dəyənəyə oxşar predmetlərin təsviri görünüb. Bu səbəbdən həmin baqaja təkrar yoxlama keçirilib.

Təkrar yoxlama zamanı, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında, qablaşdırılmış şəkildə 2 ədəd gümüşü rəngli metaldan hazırlanmış teleskopik dəyənək tipində predmetlər aşkar olunub. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən iki ədəd predmet dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdır.

Xəbər lenti
0