19:43 27 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
19 0 0

Yanğın nəticəsində "Hyundai" markalı minik avtomobilinin qabaq buferi və salonu yanıb

BAKI, 1 may — Sputnik. Ötən gecə Ucar rayonu, Müsüslü kəndində vətəndaşlara məxsus "Hyundai" markalı minik avtomobili ilə "Kamaz" markalı yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, toqquşma nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində "Hyundai" markalı minik avtomobilinin qabaq buferi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əlaqədar

"KAMAZ"la "VAZ" toqquşdu
Qatarla avtomobil bu səbəbdən toqquşublar
Yük qatarı ilə minik avtomobili toqquşub: ölənlər var
Quba yolunda avtomobillər toqquşdu, ölənlər var
"SETRA" ilə "JEEP" toqquşdu
Başqırdıstanda yük qatarları toqquşub: ölənlər var
Teqlər:
"Kamaz" markalı yük avtomobili, "Hyundai" markalı minik avtomobili, Müsüslü kəndi, Ucar rayonu, yanğın

Əsas mövzular