14:58 21 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Qırğızıstanda torpaq sürüşməsi

Torpaq sürüşdü, uşaqlar altında qaldı

© Foto : пресс-служба МЧС КР
HADİSƏ
Qısa URL
327 0 0

Qırğızıstanda torpaq sürüşməsində 7 ev dağılıb, 24 nəfər torpağın altında qalıb

BAKI, 29 aprel — Sputnik. Qırğızıstanın cənubunda yerləşən Oş vilayətində güclü torpaq sürüşməsi baş verib.

Sputnik Qırğızıstan-ın məlumatına görə, Qırğızıstan Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, torpaq sürüşməsi nəticəsində ilkin məlumata görə, 24 nəfər torpağın altında qalıb. Onların arasında uşaqlar da var. 

  • Qırğızıstanın Oş vilayətində güclü torpaq sürüşməsi baş verib
    Sürüşmə nəticəsində 24 nəfər torpağın altında qalıb
    © Foto : пресс-служба МЧС КР
  • Qırğızıstanın Oş vilayətində güclü torpaq sürüşməsi baş verib
    Hadisə bu gün səhər yerli vaxtla saat 7.00 radələrində Uzgen rayonunun Auyu kəndində baş verib
    © Foto : пресс-служба МЧС КР
  • Qırğızıstanın Oş vilayətində güclü torpaq sürüşməsi baş verib
    Hadisə yerinə FHN-in 100-dən artıq əməkdaşı cəlb olunub
    © Foto : пресс-служба МЧС КР
1 / 3
© Foto : пресс-служба МЧС КР
Sürüşmə nəticəsində 24 nəfər torpağın altında qalıb

Hadisə bu gün səhər yerli vaxtla saat 7.00 radələrində Uzgen rayonunun Zərgər mahalının Auyu kəndində baş verib. Sürüşmə zonası 1 milyon kubmetr ərazini əhatə edir.

Sürüşmə nəticəsində 7 ev iri torpaq kütləsinin altında qalaraq dağılıb.

Hadisə yerinə FHN-in 100-dən artıq əməkdaşı cəlb olunub.

Əsas mövzular