05:42 22 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
Əli qandallanmış qız, arxiv şəkli

Bakıda gənc qızın liderlik etdiyi quldur dəstəsi ələ keçdi

© Photo : Stock image
HADİSƏ
Qısa URL
362611

Onlar evin sahibini oyuncaq tapança ilə aldadıb, başına dəmir alətlə zərbə endirib, sonra da içində pul və sənədlər olan çantanı aparıblar

BAKI, 27 aprel — Sputnik. Bakının Nəsimi rayonunda quldurluq hadisəsi qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a bu rayonun polis idarəsindən məlumat verilib. 

Aralarında bir qızın da olduğu, 4 nəfərdən ibarət cinayətkar qrup aprelin 26-da saat 04:00-da, 1946-cı il təvəllüdlü Səyyad Cəbiyevin Mir Cəlal küçəsindəki 36 nömrəli evinə daxil olub. Onlar evin sahibinin başına dəmir alətlə zərbə endirərək, içində 200 manat, xarici pasport, şəxsiyyət vəsiqəsi və pensiya kartı olan çantanı oğurlayıblar. Sonra cinayətkarlar gizləniblər.

Facebook
© Sputnik / Alexander Kryazhev

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları operativ əməliyyat-axtarış tədbirləri görərək beş nəfərlik dəstənin izinə düşüblər. Qruplaşma üzvlərindən üçü Abşeron rayonunun Masazır qəsəbəsində saxlanılıb. Onlar — Bakı şəhər sakini Səfərov Murad Əlibaba oğlu (1990-cı il təvəllüdlü), Tərtər rayon sakini Bəxtiyarzadə Gülər Ələkbər qızı (1993) və əvvəllər AR Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə ittiham edilmiş Salahov Elvin Bəxtiyar oğludur (1993).

Qrup üzvləri saxlanılarkən polis onlardan oyuncaq tapança tapıb. Məlum olub ki, şübhəli şəxslər Cəbiyevə bu oyuncaq silahı göstərərək onu öldürməklə hədələyiblər. Sonra isə onun başına küt alətlə zərbə vurublar.

Əməliyyatçılar quldur dəstəsinin daha iki üzvünün də şəxsiyyətini müəyyən ediblər: 1995-ci il təvəllüdlü Quliyev Cəlil Nizami oğlu və Araz adlı bir nəfər. Sonuncu iki nəfər hələlik saxlanmayıb. Onların saxlanması istiqamətində iş gedir.

Sözügedən cinayətkar qrupa G. Bəxtiyarzadənin liderlik etdiyi ehtimal olunur. Hazırda istintaq bu faktı və saxlanılan şəxslərin digər analoji cinayətlərdə iştirak edib-etmədiklərini araşdırır.

Əlaqədar

Quldurlar bütöv bir şəhəri qarət etdilər
"Karib dənizinin qulduru"nu 10 ilədək həbs cəzası gözləyir
Cərimələri artırmaq cinayəti azaldacaqmı?
Bir ay ərzində rekord sayda cinayət törədilib
Hərbi xidmətdə cinayətlə bağlı 175 nəfər axtarışa verilib
Bakıdakı uçqunla bağlı cinayət işi açıldı
Şabranda "törə cinayəti"nin qurbanı olan qız tükürpədici faktlar açıqladı
Teqlər:
dəstə, cinayətkar qrup, quldurluq hadisəsi, Nəsimi rayonu, Bakı, polis

Əsas mövzular