Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

ABŞ-da Azərbaycanla bağlı diplomatik qalmaqal

© Photo : NOONAN JEANNE FREELANCE NYDN/NOONAN JEANNE FREELANCE NYDNBronx Marshalls mağazası
Bronx Marshalls mağazası - Sputnik Azərbaycan
Abunə olmaq
Xanım Cəbrayılova hadisəni şərh etməkdən imtina etsə də, onun həyat yoldaşı Fərid Cəbrayılov yayılan xəbərin doğru olmadığını deyib

BAKI, 27 aprel — Sputnik. Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin birinci katibi Fərid Cəbrayılovun həyat yoldaşı, 29 yaşlı Mehriban Cəbrayılova ABŞ-da mağazadan oğurluq etməkdə ittiham olunur. Sputnik Azərbaycan bu barədə "Daily News"-a istinadən xəbər verir.

Şəki Xan Sarayı - Sputnik Azərbaycan
Diplomatlar ölkəmizin şimal-qərb bölgəsindədirlər

O, uşaq arabasına qoyduğu 189 dollarlıq malın ödənişini etmədən mağazadan çıxmağa çalışıb. Mühafizəçi onu saxladıqda isə Cəbrayılova diplomatik toxunulmazlığı olduğunu bildirib.

Bundan sonra Mehriban Cəbrayılova buraxılıb. Bununla bağlı Dövlət Departamentinə məlumat verilib. Belə ki, bu kimi hallarda həmin şəxslərin diplomatik toxunulmazlığı ləğv edilə və haqlarında cinayət işi açıla bilər. Adətən cinayət işinin daha ağır cinayətlər üçün açıldığı da vurğulanır.

Xanım Cəbrayılova hadisəni şərh etməkdən imtina etsə də, onun həyat yoldaşı Fərid Cəbrayılov, ABŞ mətbuatına açıqlamasında deyib ki, onun arvadının saxlanılması barədə yayılan xəbər doğru deyil.

Xəbər lenti
0