Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Velosipedçi qəzada öldü

© Photo : PUBLIC DOMAINVelosiped
Velosiped - Sputnik Azərbaycan
Abunə olmaq
Astarada velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib

BAKI, 26 aprel — Sputnik. Astarada ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Astara şəhərinin Azadlıq küçəsində qeydə alınıb.

Belə ki, iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri idarəetməni itirərək yolun kənarı ilə velosipedlə hərəkət edən Astara sakini, 1979-cu il təvəllüdlü Nahid Şaban oğlu İsmayılovu vurub.

Ağır kəllə-beyin travması alan N.İsmayılov hadisə yerində keçinib.

Faktla bağlı Astara rayon prokurorluğunda cinayət işi açılıb araşdırma gedir.

Xəbər lenti
0