Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İğtişaşlar nəticəsində ölənlərin sayı 24-ə çatıb

© AFP 2023 / Juan BARRETOЛюди протестуют против правительства президента Венесуэлы Николаса Мадуро в Каракасе, 26 октября 2016 года
Люди протестуют против правительства президента Венесуэлы Николаса Мадуро в Каракасе,  26 октября 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Son sutka ərzində ölkənin qərb bölgəsində hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 3 nəfər ölüb, xəsarət alanlar var

BAKI, 25 aprel — Sputnik. Venesuelada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

Son sutka ərzində ölkənin qərb bölgəsində hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 3 nəfər ölüb, xəsarət alanlar var.

Ölkə prezidenti Nikolas Maduronun əleyhinə çıxış edən nümayişçilər Venesuela parlamentinin hüquqlarının tam bərpasını, vaxtından əvvəl prezident seçkilərinin keçirilməsini, ölkə iqtisadiyyatının bərpası prosesinin başlanmasını tələb edirlər.

Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Sonradan qərar ləğv edilsə də, ölkədə iğtişaşlar səngimək bilmir.

Xəbər lenti
0