05:46 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
Polis

Üç azərbaycanlı polisdən misilsiz qəhrəmanlıq

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
13427227

Polislərin fədakarlığı nəticəsində 50-dən çox insan yanmaqdan xilas edildi

BAKI, 24 aprel — Sputnik. Aprelin 24-də gecə saat 2 radələrində Nizami rayonu, Elşən Süleymanov küçəsindəki çoxmərtəbəli binada yanğın olub. Sputnik Azərbaycan-a DİN mətbuat xidmətindən verilən məlumata görə, bu zaman binanın qarşısından keçən, ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının avtomarşrutda olan əməkdaşları — polis serjantları İbrahim Məmmədov, Rəşad Mustafayev və Asif Məmmədov çoxmərtəbəli binalardan birindən qatı tüstü qalxdığını görüb təcili hadisə yerinə yaxınlaşıblar. Polis əməkdaşları təcili Alayın və RPİ-nin Növbətçi hissələrinə, Fövqəladə Hallar Nazirliyinə, təcili yardıma xəbər veriblər. 

Alayın komandanlığından verilən əmrdə polislərə təcili bir-bir evlərə gedib yatan, hadisədən xəbərsiz sakinləri oyatmaq, azyaşlı körpələri, qoca, kimsəsiz, özü yeriməyə imkanı olmayan insanları xilas etmək tapşırılıb. Ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 5-ci patrul bölüyünün şəxsi heyəti hadisə yerinə birincilər sırasında çatıb. Ətrafı qara tüstü bürüdüyündən polislər əleyhqazı geyərək sakinləri təxliyyə etməyə başlayıblar.

Polislər axırıncı mərtəbəyə qədər sürətlə qalxıb bütün evlərin qapılarını döyüb evdəkiləri xəbərdar ediblər. Tezliklə yanğının binanın kabel şaxtasında yaranmış problemlə əlaqədar olmasını müəyyən edilib. Ümumilkdə 50 nəfərdən çox sakin xilas edilib. Onların arasında 8 nəfər azyaşlı olub. 

Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsi
© Sputnik / Irade JELIL

Polis serjantı İbrahim Məmmədov həmin anları belə təsvir edir: "Valideynlərdən biri evdə uşağının qaldığını deyib. Özü düşsə də, uşağı götürə bilməmişdi. Tez həmin evə çatıb, qapını açmaq istəyəndə dəstək qopub əlimdə qaldı. Yüngül materialdan hazırlanmış qapı istidən ərimişdi… Axırıncı körpəni qucağıma alanda onun tüstüdən vəziyyətinin pisləşdiyini görüb, öz əleyhqazımı çıxarıb, ona verdim. Aşağı düşəndə artıq özümdə də güclü başgicəllənmə, zəhərlənmə hiss etdim. Təqribən 40 dəqiqə sonra yanğın söndürüldü. Bir an əvvəl ölümlə göz-gözə olsaq da indi biri-birimizi təbrik edirdik ki, hadisə itkisiz başa çatdı".

Zəhərlənmə diaqnozu ilə 3 polis əməkdaşı respublika Toksikologiya mərkəzinə aparılıb, lazımi müalicə aldıqdan sonra evə yazılıblar.

Əlaqədar

Yasamalda yaşayış binasında yanğın olub
Yanğında 120 nəfər xəsarət alıb
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
İkimərtəbəli yaşayış evində yanğın olub
Teqlər:
Yanğın hadisəsi, Əlahiddə Çevik Polis Alayı, Fövqəladə Hallar Nazirliyi, DİN, Asif Məmmədov, Rəşad Mustafayev, Məmmədov İbrahim, Elşən Süleymanov küçəsi, Nizami rayonu

Əsas mövzular