00:05 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
11010

Bəstəkar, musiqişünas alim Ramiz Zöhrabov dəfn olunub

BAKI, 24 aprel — Sputnik. Bakıdakı Təzəpir məscidində xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi keçirilib. APA-nın xəbərinə görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı şəhər Mədəniyyət və turizm baş idarəsinin müdiri Vüqar Zeynalov, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Fərhad Bədəlbəyli Ramiz Zöbrabovun vəfatının Azərbaycan mədəniyyəti və musiqisi üçün böyüt itki olduğunu deyib. Bəstəkarlar İttifaqının katibi Cəlal Abbasov Ramiz Zöhrabovun həyat və yaradıcılığından, musiqişünas kimi xidmətlərindən, pedaqoji fəaliyyətindən danışıb. Vida mərasimi başa çatandan sonra mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Teqlər:
Təzəpir məscidi, II Fəxri Xiyaban, Ramiz Zöhrabovun dəfni, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Bakı Musiqi Akademiyası, Vüqar Zeynalov, Cəlal Abbasov, Ramiz Zöhrabov, Fərhad Bədəlbəyli, Əbülfəs Qarayev, Azərbaycan, Bakı

Əsas mövzular